...

ATƏT-in Bakı ofisi prezident seçkisiylə əlaqədar Azərbaycan hökuməti ilə əməkdaşlığa dair proqram hazırlayır

Siyasət Materials 18 Dekabr 2007 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.İlhamqızı/ ATƏT-in Bakı ofisi gələn il Azərbaycanda keçiriləcək prezident seçkisiylə əlaqədar, Azərbaycan hökuməti ilə əməkdaşlığa dair proqram hazırlayır. Trend in məlumatına görə, bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herero çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşündə açıqlama verib.

Herero bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri gələn ilki prezident seçkisində geniş müşahidələr aparacaqlar. Lakin o vaxta qədər ATƏT-in Bakı ofisi MSK və hökumətlə qarşılıqlı əməkdaşlığa dair proqram həyata keçirəcək.

Pənahov prezident seçkiləri ilə əlaqədar MSK-nın gördüyü işlər, aşağı seçki komissiyaları üçün yeni binaların tikilməsi, dairə və məntəqə seçki komissiyası üzvlərinə maarifləndirici kursların keçirilməsi barədə məlumat verib. Pənahovun sözlərinə görə, gələn ildən bu işlər daha intensivləşəcək.

Xəbər lenti

Xəbər lenti