...

Bakı Şəhər İcra Hakimiyyəti mitinqlə bağlı təşkilatçılara cavab verdi

Siyasət Materials 19 Dekabr 2007 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakı Şəhər İcra Hakimiyyəti söz azadlığını müdafiə komitəsinin dekabrın 22-də "Ukrayna" meydanında mitinq keçirməsinə icazə verməyib. Bu barədə Trend ə aksiyanın təşkilatçılarından olan Azərbaycan Naminə Forumun rəhbəri Eldar Namazov məlumat verib.

Altı ictimai təşkilat ötən həftənin bazar ertəsi Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edərək dekabrın 22-də "Ukrayna" meydanında mitinq, dekabrın 23-də isə "Neftçi" İdman-Sağlmalıq Mərkəzinin Bibiheybətdə yerləşən stadionunda sakinlərlə görüş keçirilməsi üçün icazə istəyiblər.

Namazovun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti yenə də "Ukrayna" meydanında mitinqə icazə verməyib və əvəzində mitinqi Bibiheybətdə yerləşən stadionda keçirməyi təklif edib.

Namazovun sözlərinə görə, təşkilatçılar mitinqlə bağlı öz qərarlarını bu gün verəcəklər.

Mitinqin təşkilatçıları Azərbaycan Naminə Forumun rəhbəri Eldar Namazov, Azərbaycan Ziyalı Hərəkatı, "Dalğa" gənclər hərəkatı, bir neçə hüquq müdafiəçisi və başqa qurumlardır.

Bakı Şəhər İcra Hakimiyyəti həmin ictimai təşkilatların dekabrın 8-də "Ukrayna" meydanında keçirmək istədiyi mitinqə icazə verməmiş, əvəzində "Neftçi" İdman-Sağlmalıq Mərkəzinin Bibiheybətdə yerləşən stadionunu təklif etmişdi.

Xəbər lenti

Xəbər lenti