...

ABŞ-İran münaqişəsinin səngiməsi iki ölkə daxilində keçiriləcək növbəti seçkilərlə əlaqədardır – Kanada eksperti

Siyasət Materials 26 Dekabr 2007 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı / "Trend , müxbir D.Xatınoğlu/ Ötən iki ayda İran və Amerika rəsmilərinin səsləndirdikləri yumşaq bəyanatlar iki ölkə arasında münaqişənin səngiməsini göstərir. " ABŞ-İran münaqişəsinin səngiməsi iki ölkə daxilindəki növbəti seçkilərlə əlaqədardır" - deyə İran əsilli ekspert, Kanadanın York Universitetinin professoru Əlirza Əsgərzadə bildirib.

ABŞ rəsmiləri son zamanlar İraqda yaranmış nisbi sakitliyi dolayısıyla İranla əlaqələndirirlər. Amerika xarici işlər idarəsinin İraqda olan nümayəndəsi Deyvid Seterfild dekabrın 23-də "Vaşinqton post" Agentliyinə verdiyi müsahibədə İranın İraqda yaranmış nisbi sabitlikdə rolu olduğunu bildirir. ABŞ xarici işlər idarəsinin sədri Kondaliza Rays isə son bəyanatında bu ölkənin daimi düşməni lmadığını bildirərək, rəsmi Tehranın uranı zənginləşdirilməyi dayandıracağı təqdirdə, İran və ABŞ arasında birbaşa müzakirələr başlayacağını deyib.

Əsgərzadə çərşənbə günü Torontodan telefonla Trend ə bildirib ki, ABŞ-da müharibənin əleyhinə olan demokratlar gücləndikcə, növbəti prezident seçkiləri öncəsi respublikaçıların narahatlığı artır. "ABŞ əhalisi rəsmi Vaşinqtonun İraqa hücumunun uğursuz nəticələrini görərək, yeni müharibənin başlanmasına razi deyil. Növbəti prezident seçkilərində respublikaçılar əhalinin səsini qazanmaq üçün İranla yumşaq davranmağa məcburdur. Digər tərəfdən, Livan və İraqda yaranmış gərgin vəziyyətin aradan qaldırılması üçün ABŞ-in İranın dəstəyinə ehtiyacı var" - deyə Əsgərzadə bildirb.

Kanada ekspertinin fikrincə, İran prezidenti Mahmud Əhmədinejadın da ABŞ və İsrail əleyhinə təhdid xarakterli bəyanatı ölkə daxilində böyük qorxu yaradıb. "Həmçinin, Əhmədinejadın siyasi-iqtisadi baxımdan tam uğursuzluqla nəticələnən siyasəti İranda keçiriləcək növbəti parlament seçkilərində çox mənfi təsir göstərə bilər. İran hər gün daha artıq dünyadan təcrid olunur və böyük böhranlarla üzləşib. Beləliklə, rəsmi Tehranın da ABŞ-a qarşı tutduğu mövqeyini dəyişməsi gözlənilməz deyil. Qısası, hər iki tərəfdə iqtidarda olan qüvvənin münaqişənin səngiməsində böyük marağı var" - Əsgərzadə belə hesab edir.

Əsgərzadə İranın nüvə planı ilə bağlı bildirib ki, rəsmi Tehranın nüvə planı beynəlxalq ictimaiyyət üçün potensial təhlükə hesab olunur və İran bu sahədə fəaliyyətini davam etdirsə, səngimiş münaqişənin yenidən şiddətlənməsi istisna olunmur.

Xəbər lenti

Xəbər lenti