...

Rusiya İrana nüvə ilə bagli son ultimatumunu verib – Iran eksperti

Siyasət Materials 27 Dekabr 2007 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı / "Trend , müxbir D.Xatınoğlu/ Rusiya İrana nüvə yanacağı veməklə, rəsmi Tehrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb edəcək. "Rusiya İrana nüvə yanacağı veməklə, rəsmi Tehranın uranı zənginləşdirilməsinə son ultimatumunu verib"-deyə, İran politoloqu, "Əsr-İran" Agentliyinin sədri Cəfər Məhəmmədi bildirib.

Rusiya XİN-nin sədri Sergey Lavrov dekabrın 26-da bildirib ki, İranın bundan sonra uranı zənginləşdirilməyə davam etdirməsinə heç bir səbəb yoxdur.

Məhəmmədi cümə axşamı telefonla Tehrandan Trend ə bildirib ki, Rusiya tarixən İrana xəyanət edib və vədlərinə rəğmən, ölkədə Buşəhr nüvə stansiyasını hələ də təhvil verməyib. "Rusiyanın İrana sadiq müttəfiq olması gözlənilmir"- deyə, İranlı politoloq bildirib.

Digər İran politoloqu, İran Geopolotika Assosiyasının sədri Ezzətollah Ezzəti telefonla Trend ə bildirib ki, İran Rusiyaya etimad göstərə bilmədiyindən, uranı zənginləşdirilməyi mütləq davam etdirməlidir. " Rusiya indiyədək İrana verdiyi vədlərdən boyun qaçırıb. Rəsmi Moskvanın təklifinə baxmayaraq, İran nüvə sahəsində fəaliyyətlərini davam etdirəcək"-deyə, Ezzəti bildirib.

İranın digər politoloqu Əlirza Nurizadə isə, bildirib ki, Rusiya İrana nüvə yanacağı verməklə, BMT Təhlükəsizlik Şurasının İran əleyhinə tətbiq olunacaq 3-cü Qətnaməsinə dəstək verməsinə bəhanə tapıb."İran uranın zənginləşdirilməsini dayandırmasa, Rusiya bundan sonra rəsmi Tehranı dəstəkləməyəcək"- deyə, Nurizadə bildirib.

BMT Təhlükəsizlik Şurası İran əleyhinə iki Qətnamə tətbiq edərək, rəsmi Tehrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb edib. Rəsmi Tehran uranın zənginləşdirilməsini özünün qanuni haqqı hesab edərək, bu yöndə fəaliyyətini davam etdirir.

Xəbər lenti

Xəbər lenti