...

Misir prezidenti Azərbaycana rəsmi səfər edəcək

Siyasət Materials 28 Dekabr 2007 14:27 (UTC +04:00)
Misir prezidenti Azərbaycana rəsmi səfər edəcək

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova / Yaxın zamanlarda Misir prezidenti Hüsnü Mübarəkin Azərbaycana rəsmi səfər edəcəyi gözlənilir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatında bilidirilir ki, bu barədə Misirin beynəlxalq əməkdaşlıq naziri Faiz Abu əl-Nağu Azərbaycanla həmkarı Elmar Məmmədyarovla görüşündə bildirib.

Azərbaycanın XİN rəhbəri dekabrın 27-də başda Misirin xarici əməkdaşlıq naziri Faiz Əbu əl-Nağu olmaqla Misirin nümayəndə heyətini qəbul edib.

Faizu Abu əl-Nağu əmindir ki, bu səfər iki ölkə arasında əlaqələrin inkişafına impuls verəcək.

Məmmədyarov öz növbəsində siyasi əməkdaşlığı və beynəlxalq təşkilatlar çərçivəsində ölkələr arasında qarşılıqlı yardımı yüksək qiymətləndirib.

Nazir iqtisadi sahədə, biznes mühitinin yazşılaşdırılması, investisiyaların təşviqi, səhiyyə, təhsil, informasiya texnologiyaları və nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsini xüsusilə vurğulayıb.

Faizu Abu əl-Nağu bəyan edib ki, Misir bundan sonra da Azərbaycanın ərazi bütövluyünü və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ədalətli mövqeyini dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti