...

Rusiyanın Qəbələ RLS -dən ABŞ-la birgə istifadə edilməsi üzrə konkret təklifləri yoxdur-səfir

Siyasət Materials 28 Dekabr 2007 14:37 (UTC +04:00)
Rusiyanın Qəbələ RLS -dən ABŞ-la birgə istifadə edilməsi üzrə konkret təklifləri yoxdur-səfir

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Rusiyanın, Qəbələ Radiolokasiya Stansiyasından ABŞ-la birgə istifadə edilməsi üzrə ABŞ tərəfindən cavab tələb edəcək konkret, formalaşdırılmış təklifləri yoxdur. Bu barədə cümə günü mətbuat konfrasında Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov məlumat verib. "Bizim, ABŞ-la Qəbələ RLS-dən alınan məlumatlardan birgə istifadə də daxil olmaqla, raketdən müdafiəyə aid bütün kompleks məsələlər üzrə əlaqələrimiz var" - diplomat bildirib. Onun sözlərinə görə, bu məsələ üzrə ABŞ-la əlaqələr hələ müzakirə edilir. "Bizim təkliflərimiz danışıqlar stolu üzərindədir"-diplomat əlavə edib. ABŞ "şər oxu" ölkələri tərəfindən yarana biləcək zərbənin qarşısını almaq üçün, Çexiya və Polşada raketdən müdafiə sistemləri (RMS) yerləşdirmək istəyir. Vaşinqton "şər oxu" ölkələrinə İran və KXDR-i də aid edir. Moskva ABŞ-ın arqumentlərini inandırıcı hesab etmir və Rusiya sərhədləri yaxınlığında raketdən müdafiə sistemi elementlərinin quraşdırılmasını öz milli təhlükəsizliyinə təhdid hesab edir. Rusiya RMS məqsədləri üçün Azərbaycandakı Qəbələ radiolokasiya stansiyasından və Rusiyanın cənubunda, Armavirdə tikilən raket buraxılışlarının xəbərdarlıq edilməsi üzrə stansiyadan birgə istifadə etməyi təklif edir. Qəbələ RLS Azərbaycanın şimal - qərbində yerləşir və sovet dövründə SSRİ-nin raketdən müdafiə sisteminin vacib elementlərindən biri kimi tikilib. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra, Rusiya, Azərbaycanın daxili siyasi həyatındakı hadisələrə baxmayaraq, stansiyanı istifadə etməkdə davam edib. RLS-nin icarəyə verilməsi barəsində on illik müqavilə 2002-ci ildə imzalanıb. Qəbələ RLS haqqında məsələ dəfələrlə ölkədaxili siyasi debatların, Azərbaycan parlamentinin müzakirə predmeti olub.2006- cı ilin əvvəlində Azərbaycan RLS-in illik icarə haqqının 7 mln. dollardan 14.4 mln. dollara qədər artırılması barədə məsələ qaldırıb.

Xəbər lenti

Xəbər lenti