...

Bhuttonun qətli Pakistanda vətəndaş müharibəsinə səbəb ola bilər-Mixail Margelov

Siyasət Materials 28 Dekabr 2007 17:08 (UTC +04:00)
Bhuttonun qətli Pakistanda vətəndaş müharibəsinə səbəb ola bilər-Mixail Margelov

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Pakistanın keçmiş Baş naziri Bənazir Bhuttonun qətli Pakistandakı seçkiləri pozmaqla yanaşı, vətəndaş müharibəsinə səbəb ola bilər. Beynəlxalq işlər üzrə Federasiya Şurası Komitəsinin sədri Mixail Margelov belə hesab edir. Pakistan Xalq Partiyasının lideri cümə axşamı Ravalpindi şəhərində, mitinqdə çıxış edib. O, getməyə hazırlaşıb və zirehli avtomobilə əyləşib. Lakin son anda maşının lyukuna qalxıb və tərəfdarlarına əl eləyib. Bu zaman terrorçu atəş açıb və Bhuttonu sinəsindən, başından ölümcül yaralayıb. Sonra kamikadze özünü partladıb və daha 20 adamın həyatına son qoyub. Terror aktı nəticəsində 15 adam xəsarət alıb. Margelovun sözlərinə görə, Pakistan hakimiyyəti ilə müxalifətin "Prezident Müşərrəf-Baş nazir Bhutto" kombinasiyası şəklində kompromisinə dünya ictimaiyyətinin ümidləri bu xarizmalı və cəsur qadınla birlikdə ölüb. "Terror aktı Bhuttonun partiyasının vəziyyəti ilə yanaşı, onun siyasi rəqiblərinin də vəziyyətini çətinləşdirib. Pakistan Xalq Partiyasının gələcəyi Bhuttosuz kifayəq qədər dumanlıdır. Eyni zamanda, Bənazir Bhuttonun siyasi rəqibləri də eyni çətin vəziyyətə düşüblər. Düşünürəm ki, ölkənin bütün yaxın siyasi gələcəyi həlak olan eks-nazirin adı ətrafında qurulacaq" -Margelov bildirib.Senatorun rəyinə görə, eks-nazirin bir çox tərəfdarı hadisədə Əl-Qaidənin, terrorçuların iştirakına inanmayaraq, hakimiyyəti və xüsusi xidmət orqanlarını günahlandırırlar. "İnsanlar küçələrə çıxıb silahlı qiyam başlamağa hazırdırlar. Nüvə silahına malik ölkədə belə hadisələr son dərəcə təhlükəlidir. Xalq narazılığı köpüyünün hansı rəngdə olacağı məlum deyil. Əgər bu rəngi fundamentalizmin yaşıl rəngi ilə qarışdırsalar, beynəlxalq stabilliyə yeni və çox ciddi təhlükə yaranacaq" -Margelov hesab edir.

Xəbər lenti

Xəbər lenti