...

Iran və ABŞ-ın hərbi gəmilərininin arasında insident provakasiyadır – iranlı ekspert

Siyasət Materials 8 Yanvar 2008 15:32 (UTC +04:00)
Iran və ABŞ-ın hərbi gəmilərininin arasında insident provakasiyadır – iranlı ekspert

Azərbaycan, Bakı / "Trend , müxbir D.Xatınoğlu/ İranın ABŞ hərbi gəmilərini hədələməsi adi hərbi manevr deyi və provakasiya xarakteri daşıyır. Bunu Fransada fəlaiyyət göstərən İran Tədqiqatçıları Assosiasiyanın (Associaton of İranian Researchers) sədri Hüseyn Lacəvərdi (Hossein Lajevardi) "Trendə" bildirib.

İranın beş hərbi qayığı Fars körfəzində yerləşən Hörmüz boğazı yaxınlığında ABŞ gəmilərini partlayışa hədələyib. İranın İRNA Agentliyinin yanvarın 7-də yaydığı məlumata əsasən, İranın XİN sözçüsü Məhəmmədəli Hüseyni bildirib ki, İran tərəfi gəmilərin ABŞ-a məxsus olduğunu bilməyib və bu, adi məsələdir. Rəsmi Vaşınqton bunu İranın "Təhlükəli oyun"-a başlaması kimi dəyərləndirib.

Lacəvərdi çərşənbə axşamı Parisdən telefonla Trend ə bildirib ki, rəsmi Tehranın bu manevrdə ciddi məqsədi olub. "İran bu manevrlə, ABŞ prezidentinin regiona səfərinə və ölkəni regionda daha artıq təcrid etmək niyyətində olduğuna reaksiya verib. Həmçinin, bu manevr Hörmüz boğazının İran tərəfindən bağlana biləcəyinə və neft tranzitinin qarşısının alınacağına bir mesaj idi"- deyə, Lacəvərdi bildirib.

İranlı politoloqun fikrincə, İran tərəfi müharibənin baş tutmasında maraqlıdır. "Bu muharibənin başlanması ilə, Livandan Əfqanıstanadək yaranmış böhranda bütün terrorist qruplar ABŞ əleyhinə fəaliyyətlərini gücləndirəcək və rəsmi Tehran bunu ABŞ-ın regiondakı qüvvələrinin iflic vəziyyətə düşməsi kimi dəyərləndirir. Bundan əlavə, İranın daxilində böyük siyasi-iqtisadi böhran və narazılıqlar var. Rəsmi Tehran xalqı birləşdirmək və daxili müxalifəti aradan qaldırmaqda bu müharibəyə ciddi ehtiyac duyur.

Digər İran politoloqu, beynəlxalq əlaqələr üzrə ekspert Omid Ərəb isə, bu gün Tehrandan telefonla Trend ə bildirib ki, ABŞ gəmiləri İranın su sərhədlərini qəsdən pozduğuna görə, İran tərəfi buna reaksiya olaraq. onları hədələyib və ABŞ-ın belə hərəkətləri tez-tez baş verir. "Lakin, Amerika prezidentinin regiona səfəri ərəfəsində bu hadisənin baş verməsinin Qərb və ABŞ mətbuatı tərəfindən qabardılması, İranın nüfüzuna zərbə vurmaq və region ölkələrini, rəsmi Tehranın təhlükə mənbəyi olmasına inandırmaq məqsədi güdür. Provakasiya baş veribsə də, ABŞ tərəfindən olub"-deyə Ərəb bildirib.

Xəbər lenti

Xəbər lenti