Azərbaycan, Bakı,10 yanvar / Trend , müxbir İ.Əlizadə/ NATO Parlament Assambleyasının prezidenti Pyer Leluş martın 6-dan 8-dək Azərbaycanda səfərdə olacaq. "Martın 6-dan 8-dək Bakıda NATO PA-nın 68-ci "Rouz-Rout" seminarı keçiriləcək. NATO PA prezidenti seminarda iştirak etmək üçün Azərbaycana gələcək", - deyə cümə axşamı Trend ə Milli Məclisin beynəlxalq əlaqələr şöbəsindən bildirilib.
Məlumatda qeyd olunub ki, NATO PA Baş katibi də seminarda iştirak etmək üçün Azərbaycana gələcək. Seminarda NATO PA-nın üzvü olan ölkələrin nümayəndələri və təşkilatın assosiativ üzvü olan ölkələrin təmsilçiləri iştirak edəcəklər.
Seminarda hansı mövzuların müzakirə olunacağı hələlik açıqlanmır.
NATO PA vitse - prezidenti seminara hazırlıq məsələlərini müzakirə etmək üçün Bakıda səfərdədir.
Azərbaycan NATO PA-nın assosiativ üzvüdür.