Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir E.Hüseynli/ NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend ə bildiriblər ki, bu gündən İsveçrənin İnterlaken şəhərində "Jombined Endeavour- 2008" təliminin əsas planlaşdırma konfransı işinə başlayıb. Konfrans yanvarın 25-də başa çatacaq.
Azərbaycan hərbçiləri, həmçinin İsveçrənin Andermat şəhərində yanvarın 23-də başlanılacaq "Qış-dağ" təlim kursu, Almaniyaniyanın Oberammerqau şəhərində "Sülh Naminə Tərəfdaşlıq" planlaşdırma simpoziumuna qatılacaq.