...

Azərbaycan Daxili İşlər Nazirliyinin ilin yekunlarına dair kollegiya iclası keçirilib (video)

Siyasət Materials 26 Yanvar 2008 14:03 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyinin ilin yekunlarına dair kollegiya iclası keçirilib (video)

Azərbaycan, Bakı, 26 yanvar / " müxbir E.Hüseynli/ Azərbaycanda ötən il qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə, müvafiq sənədləri olmayan 990 əcnəbi saxlanılıb, onlardan 632-si ölkə hüdudlarından kənara çıxarılıb. Bu barədə şənbə günü Daxili İşlər Nazirliyində (DİN) 2007-ci ildə cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.

2006-cı illə müqayisədə, ötən il ağır cinayətlər, o cümlədən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq və avtonəqliyyatların qaçırılması halları azalıb. Adamları girov götürmə və banditizm kimi xüsusilə ağır cinayətlər qeydə alınmayıb.

Usubov deyib ki, əvəlki illərlə müqayisədə, ötən il Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 133, insan alveri ilə əlaqədar 47, qaçaqmalçılıq üzrə 16, dələduzluqla bağlı 30, korrupsiya cinayətləri üzrə 5 fakt çox müəyyən edilib. Nazir deyib ki, hesabat ilində cinayətlərin 92,2 faizi açılıb, bağlı qalmış cinayətlər 10,3 faiz olub. Son 20 ildən bəri bağlı qalmış cinayətlərdən 410 - nun açılması təmin olunub. Usubovun sözlərinə görə, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif növləri, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qeyri-leqal miqrasiya, dayanıqlı cinayətkar dəstələrə qarşı aparılan əməliyyatlar nəticəsində, 638 ağır və xüsusilə ağır cinayət törətmiş 872 nəfərdən ibarət 238 cinayətkar qrup zərərsizləşdirilib. Hesabat ilində bu növ cinayətlərin sayı 7,7 faiz, onların içində, əvvəllər məhkum olunmuşlar tərəfindən törədilən cinayətlər 12 faiz azalıb.

Ölkə üzrə təqsirləndirilənlərin 72,1 faizi tutulub, 2006-cı illə müqayisədə, axtarışda olanların sayı 10,5 faiz azalıb. Saxta pul və ya qiymətli kağızlar hazırlanması və ya satışı ilə bağlı cinayətlərdə, aşkar olunmuş 11 fakt üzrə 9 nəfər müəyyən edilib. Onlardan 132 ədəd 100 dollar nominallı və 1100 ədəddən çox 100 manatlıq milli əskinaslar götürülüb.

Nazir qeyd edib ki, insan alveri ilə bağlı 283 cinayət faktı aşkarlanaraq 300 nəfər məsuliyyətə cəlb olunub ki, bu da, 2006-cı illə müqayisədə, 34,1 faiz çoxdur. İnsan alveri ilə bağlı 85 nəfərdən ibarət 33 qrup zəzərsizləşdirilib, cinayətlərin qurbanı olan 101 şəxs müəyyən olunub, 206 cinayət faktı üzrə 198 nəfər məsuliyyətə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti