Azərbaycan, Bakı, 28 yanvar / Trend müxbir E.Hüseynli/ Qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində yanvarın 27-də axşam saatlarında Azərbaycan Milli Ordusunun 19 yaşlı əsgəri şəhid olub. Trend in bölgə müxbirinin məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin dünən axşam saatlarında Füzuli rayonu istiqamətində atəşkəsi pozması nəticəsində 1989-cu il təvəllüdlü Tərtər rayon sakini Bəhruz Mədət oğlu Hətəmi aldığı güllə yarasından ölüb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend ə məlumatı təsdiqləyiblər. Məlumata görə, Hətəmi ötən ilin aprelində Tərtər rayon Hərbi Komissarlığından hərbi qulluğa çağırılıb.
Sonuncu dəfə yanvarın 22-də də atəşkəsin pozulması nəticəsində Azərbaycan Milli Ordusunun və Ermənistan Silahlı Qüvvələrinin əsgərləri itgi vermişdi.