...

Azərbaycan Milli Ordusunun əsgərləri donvurmadan hospitallara yerləşdiriliblər

Siyasət Materials 29 Yanvar 2008 13:25 (UTC +04:00)
Azərbaycan Milli Ordusunun əsgərləri donvurmadan hospitallara yerləşdiriliblər

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Milli Ordusunun 8 əsgəri donvurmadan hərbi hospitallara yerləşdirilib. Bu barədə çərşənbə axşamı mətbuat konfransında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib.

Yanvarın əvvəlindən başlayaraq 20-dək Azərbaycanda şaxtalı hava hökm sürüb. Ölkənin bəzi ərazilərində gecə saatlarında mənfi 18-20 dərəcə şaxta qeydə alınıb. Şaxtalı hava şəraiti ilə bağlı bütün hərbi hissələrdə xüsusi rejim tətbiq olunur.

Sabiroğlu deyib ki, donvurmadan 5 əsgər Bakının Mərkəzi Hərbi Hospitalına, 3 əsgər isə Gəncə Hərbi Hospitalına yerləşdirilib. Onun sözlərinə görə, Bakıdakı Hərbi Hospitalda yerləşdirilən əsgərlərdən dördünün vəziyyəti normaldır və onlar yaxın günlərdə hərbi hissəyə qayıdacaqlar. Yalnız birinin vəziyyəti orta-ağırdır. Həmin əsgərin ayaq barmaqlarını şaxta vurub. Həkimlərin müayinəsindən sonra həmin əsgərin barmaqları üzərində əməliyyat aparılacaq. Sabiroğlu deyib ki, Gəncə Hospitalındakı əsgərlərin ikisi artıq hərbi hissələrə qaytarılıb, birinin müalicəsi davam edir. Onun sözlərinə görə, əgər vaxtında lazımi tədbirlər görülməsəydi, əsgərlər arasında donvurma kütləvi hal alardı.

Xəbər lenti

Xəbər lenti