Azərbaycan, Bakı, 29 yanvar/ Trend , müxbir İ.Xəlilova/ Fevralın sonunda Azərbaycan prezidenti İlham Əliyevin Varşavaya rəsmi səfəri gözlənilir. Bu barədə Trend -a çərşənbə axşamı, Polşanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Kşiştov Krayevski məlumat verib.
Bu, Azərbaycan rəhbərinin, Polşa prezidenti Lex Kaçinskinin dəvəti ilə, cavab səfəri olacaq. Polşa prezidenti ötən ilin martında Azərbaycanda olub.
Səfirin sözlərinə görə, səfərin gedişində, hazırda xarici işlər nazirlikləri arasında razılaşdırılan bir sıra hökumətlərarası razılaşmaların imzalanması gözlənilir.
Azərbaycan Nazirlər Kabinetindən Kənd Təsərrüfatı (baytarlıq sahəsində) və İqtisadi İnkişaf Nazirliyindən (ticarət münasibətlərinin inkişafı və ticarət əməkdaşlığı haqqında) saziş layihələrinin daxil olduğunu bildiriblər.