...

Azərbaycanın cənub bölgəsində külli miqdarda narkotik maddə aşkarlanıb

Siyasət Materials 2 Fevral 2008 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral / müxbr E.Hüseynli/ Azərbaycanın cənub bölgəsində fevralın 1-də külli miqdarda narkotik maddə aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən şənbə günü Trend ə bildiriblər ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsinin Regional Şöbəsi və Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Yardımlı rayon sakini Zahir İbayev və Cəlilabad rayon sakini Sahil Ruşanov 3 kiloqram heroini satarkən tutulublar. Faktla bağlı araşdırma aparılır.

Ötən il Azərbaycanın cənub bölgəsində qanunsuz narkotik maddələrin dövriyyəsi, satışı ilə bağlı aşkarlanan faktlar 12 faiz artıb.

Cəlilabad paytaxt Bakıdan 220 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti