...

Gürcüstan Azərbaycanlıları Konqresi yaradılır

Siyasət Materials 6 Fevral 2008 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir C.Babayeva / Gürcüstanda yaşayan azərbaycanlıların 12 qeyri-hökumət təşkilatı, Gürcüstan Azərbaycanlıları Konqresi yaradılmasının hazırlığına başlayıb, "Gürcüstan - mənim vətənim" cəmiyyətinin sədri Əli Babayev Tbilisidən telefonla Trend ə deyib.

Konqresin məqsədi - azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasına kömək etmək və onların problemlərinin həlli yollarını öyrənməkdir.

Babayevin sözlərinə görə, dövlət qeydiyyatına bütün sənədlər hazırlanıb. Qeydiyyatdan sonra, Konqres, mayda keçiriləcək Gürcüstanın parlament seçkisində iştirak etməyə namizədlər irəli sürəcək.

Xəbər lenti

Xəbər lenti