...

Azərbaycanda külli miqdarda civə satan dəstə zərərsizləşdirilib

Siyasət Materials 7 Fevral 2008 12:22 (UTC +04:00)
Azərbaycanda külli miqdarda civə satan dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycan paytaxtında külli miqdarda civə satan dəstə zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən cümə axşamı Trend ə bildiriblər ki, fevralın 6-da paytaxtın Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hövsan qəsəbə sakinləri Çingiz Məmmədov və Ədalət Cəfərov 5 kiloqram civəni satarkən tutulublar.

Ölkədə civə satışı qadağandır. Azərbaycanda ötən ilin sonlarında civə satışı ilə məşğul olan daha bir dəstə zərərsizləşdirilmişdi.

Məlumata görə, Məmmədov və Cəfərov yaxalanarkən bir ədəd qədim dini rəsm əsəri (ikona) də satırlarmış. Onların üzərinə baxış zaman Məmmədovdan 6,46 qram marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti