...

Azərbaycanda qəzaya uğramış təyyarənin axtarışına daha iki qurum cəlb olunub

Siyasət Materials 11 Fevral 2008 11:04 (UTC +04:00)
Azərbaycanda qəzaya uğramış təyyarənin axtarışına daha iki qurum cəlb olunub

Azərbaycan, Bakı,11 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda qəzaya uğramış MİQ-29 hərbi təyyarəsinin axtarışına daha iki qurum da cəlb olunub.

Yanvarın 29-da Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi təlim uçuşu keçirərkən qəzaya uğrayıb. Nəticədə, təyyarədə olan hər iki pilot-Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. MİQ-29 tipli təyyarləri təlim uçuşu həyata keçirərkən Rusiya, Malaziya, Peru, Slovakiya və Ermənistanda da qəzaya uğrayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend ə bildiriblər ki, qəzaya uğramış təyyarənin yerini müəyyənləşdirmək üçün Azərbaycan Dövlət Neft Şirkəti və Dövlət Sərhəd Xidmətinin mütəxəssisləri də cəlv olunub. İndiyə qədər axtarışları Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları aparırdı. Məlumata görə, axtarışların əhatə dairəsi də genişləndirilib,

MİQ-29 təyyarəsi Rusiya istehsalıdır və 1971-ci ildən istehsal olunur, dördüncü nəslə aiddir. MİQ-lər Azərbaycan hava sərhədlərini qorumaq və hava döyüşlərində üstünlük qazanmaq üçündür. Dördüncü nəsil MİQ-29 NATO təsnifatına görə "Fulcrum" adlandırılır. Təyyarənin uzunluğu 14.8 metr, qanadlarının uzunluğu 11.4 metr, hündürlüyü 4.3 metrdir. Təyyarənin hərbi sursatla birgə çəkisi 15 min 300 kiloqramdır. Maksimal sürət 2400 kilometr/saatdır. Təyyarə maksimum 18 min metr yüksəkliyə qalxa və 2100 kilometr məsafəni qət edə bilir. "Fulcrum"un 30 millimetrlik QŞ-301 tipli topu var. QŞ-301 dəqiqədə 1500 atış edir. Təyyarə UR-60 və R-27 tipli raketlərlə təchiz edilib. MİQ-29 230-240 kilometrdən hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir.

Xəbər lenti

Xəbər lenti