...

İran Azərbaycana yük tranzitini beş dəfə artırmağı təklif edir – səfir

Siyasət Materials 11 Fevral 2008 15:27 (UTC +04:00)
İran Azərbaycana yük tranzitini beş dəfə artırmağı təklif edir – səfir

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir E.Hüseynov/ İran və Azərbaycan sərhədində 8 km-lıq dəmir yolu məntəqəsi və dəmir yolunun tikintisi ilə Avropa və Rusiyadan İraqa yük tranzitini beş dəfə artırmaq olar. "Bu layihə İraqa yük tranzitini 800 km azaldacaq və yük tranzit həcmini 200 mindən 1,2 mln. tona qədər artırmaq iqtidarındadır" - deyə jurnalistlərə İranın Azərbaycandakı səfiri Naser Həmidi Zare bildirib.

Astara (Azərbaycan) - İran sərhədi dəmiyr yolu qolunun tikintisi layihəsi, həmçinin eyniadlı sərhədyanı Astara şəhərləri arasında dəmir yolu körpüsünün qurulması 2002-ci ildən reallaşdırılan Şimal-Cənub iri nəqliyyat dəhlizi çərçivəsində nəzərdə tutulur. Layihənin əsas iştirakçıları Hindistan, İran və Rusiya, həmçinin Cənubi Qafqaz, Orta Asiya və Avropanın bəzi keçmiş sosialist ölkələridir.

"Nəzərdə tutulan plana müvafiq olaraq, Azərbaycan-İran sərhədyanı xəttinin istismara verilməsindən sonra dəmir yolu İran Astarasından Qəzvin-Rəşd şəhərinə, oradan isə Ənzəli limanına çəkiləcək. Bu xəttin tikintisi artıq başlanıb və yaxın il yarım ərzində başa çatacaq" - deyə Həmidi Zare bildirib.

İran səfiri Şimal-Cənub dəhlizi çərçivəsində layihələrin reallaşdırılması ilə yanaşı İran Astarasından avtomobil yolu ilə Ərdəbil və Bostanabad şəhərlərindən keçməklə İraq sərhədinə qədər çəkiləcək xəttin istismara verilməsini təklif edir. Diplomat bildirib ki, İran tərəfi sərhədyanı dəmir yolu hissəsinin tikilməsi üçün Azərbaycana kredit vəsaiti ayırmağa hazır olduğunu bildirib. Lakin onun sözlərinə görə, Azərbaycan tərəfindən hələ cavab gəlməyib.

Material yazılan zaman Azərbaycanın Nəqliyyat Nazirliyindən şərh almaq mümkün olmayıb.

Adlarının gizli qalmasını istəyən Azərbaycan ekspertlərinin rəyinə görə, İran ərazisi üzrə dəmir yolu qolunun çəkilməsi layihəsində iştirak rəsmi Bakı üçün effektlidir, nəinki İran Astarasından yük maşınları ilə İraq sərhədinə daşınacaq yüklərin yalnız tranzit iştirakçısı olmaqla razılaşmaq.

Məqalə müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlamaq olar.

Xəbər lenti

Xəbər lenti