...

Gürcüstandan Azərbaycana milliyyətini dəyişdirmiş ermənilər gəlir – Gürcüstandakı QHT nümayəndəsi

Siyasət Materials 12 Fevral 2008 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir S.İlhamqızı/Gürcüstanda azərbaycanlı adı ilə şəxsiyyət vəsiqəsi alan ermənilər Azərbaycana gələrək burada yaşayıb işləyirlər. Bu barədə Trend ə Gürcüstanda fəaliyyət göstərən "Gürcüstan mənim vətənimdir" adlı ictimai təşkilatın Marneuli rayonunda Sadaxlı təşkilatının rəhbəri Sabir Mehdiyev bildirib.

Onun sözlərinə görə, Gürcüstanda 1990-cı ilə qədər bir milyondan artıq azərbaycanlı yaşayıb, Mixail Saakaşvili ilk dəfə prezident seçiləndə bu rəqəm 702 min nəfər idi, hazırda isə Gürcüstanda cəmi 200-250 min azərbaycanlı yaşayır.

"Azərbaycanlıların yaşayışının yaxşılaşdırılması üçün tədbirlər görülməsə, yaxın 4-5 aya Gürcüstanda azərbaycanlı qalmayacaq"-deyə Mehdiyev bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Marneuli rayonunda əsasən azərbaycanlıların çalışdığı bazar ermənilərin məqsədli şəkildə səyi nəticəsində bağlandı və qonşu Ermənistanın kəndinə köçürüldü. Mehdiyevin dediyinə görə, bazarın ora köçürülməsində məqsəd Marneulidə yaşayan azərbaycanlıların yaşayış səviyyəsinin pisləşməsinə, onların işçiz qalmasına nail olmaq idi: "Marneulidə azərbaycanlılar sıx yaşadıqları üçün onların köçüb getməsi ermənilərin xeyrinədir və onlar qismən buna nail oldular. Amma buna baxmayaraq, 700-800 nəfər azərbaycanlı hələ də o bazarda çalışır, hər gün sərhədi keçib erməni kəndindəki bazarda alverlərini edib geri qayıdırlar"-deyə Mehdiyev bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Marneuli rayonunda ermənilər pulla azərbaycanlı adında doğum şəhadətnaməsi alır, özlərinə ikinci pasport çıxararaq bu vəsiqə ilə həm Gürcüstanda qalıb yaşayır, həm Azərbaycana və digər ölkələrə gedirlər: "Bizim əldə etdiyimiz məlumatlara görə, hazırda Azərbaycanda pasportunda azərbaycanlı yazılan, lakin əslində erməni olan 400 nəfərə qədər şəxs var. Özlərini Gürcüstan azərbaycanlısı kimi təqdim edən həmin adamlar Azərbaycanda yaşayır, işləyirlər. Amma Gürcüstandakı ermənilərin özlərinin dediyinə görə isə, hazırda Azərbaycanda azərbaycanlı adı ilə 250 min erməni yaşayır"-deyə Mehdiyev bildirib.

O əlavə edib ki, milliyyətini dəyişərək Azərbaycana gəlmiş ermənilər arasında

daşnaklar tərəfindən göndərilmiş kəşfiyatçılar da var.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyindən isə Trend ə bildiriblər ki, ölkənin milli və dövlətçilik maraqlarına qarşı bütün mümkün təhlükələrin qarşısını almaq üçün tədbirlər görülür. MTN-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, Azərbaycana kəşfiyatçıların göndərildiyini iddia edən şəxs faktlarını nazirliyə təqdim edə bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - sevda

Xəbər lenti

Xəbər lenti