...

Azərbaycan sülhməramlılarının statusu müəyyən olunacaq

Siyasət Materials 12 Fevral 2008 14:04 (UTC +04:00)
Azərbaycan sülhməramlılarının statusu müəyyən olunacaq

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir E.Hüseynov/ Azərbaycan parlamenti yaz sessiyasında xaricdə sülhməramlı missiya həyata keçirən Azərbaycan ordusunun statusu barədə qanun layihəsini müzakirə edəcək.

"Azərbaycan sülhməramlılarının statusuna dair qanun layihəsi hazırda ekspertlər səviyyəsində müzakirə olunur və yaxın vaxtlarda Milli Məclisdə nəzərdən keçiriləcək" - deyə jurnalistlərə Milli Məclis (MM) spikerinin müavini Ziyafət Əsgərov məlumat verib.

MM-nın Milli Təhlükəsizlik və Müdafiə Məsələləri üzrə Komissiyasının sədri Əsgərov bildirib ki, Azərbaycan sülhməramlıları bir neçə ildir ki, Əfqanıstanda, İraqda və Kosovoda sülhməramlı missiya həyata keçirirlər, lakin hələ də onların stasusu qanunla nizamlanmır.

Əsgərov əlavə edib ki, qanun layihəsində sülhməramlılarımızın hüquq və vəzifələri, beynəlxalq təşkilat bayraqları altında öz missiyalarını yerinə yetirən zaman statusları, sülhməramlıların maddi-texniki, iqtisadi vəziyyəti nizamlanacaq.

MM-nın birici vitse-spikeri bildirib ki, həmçinin, vətəndaş cavabdehliyinə dair qanun layihəsi də hazırlanma mərhələsindədir və burada hərbçilərin cəzalandırılması məsələsi də öz əksini tapacaq.

Komissiya çirkli pulların yuyulması ilə mübarizəyə, terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasına dair qanun layihələrini də nəzərdən keçirmək niyyətindədir. MM-in yaz sessiyasında Azərbaycanın Hərbi doktrinasına da baxılacaq.

"Hazrıda doktrina layihəsi ekspert baxışındadır. Sənəd, hələ ki, parlament komissiyasına daxil olmayıb" - deyə Əsgərov əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti