...

Azərbaycanın XİN başçısı Fransa və Liviyaya səfər edəcək

Siyasət Materials 12 Fevral 2008 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir S.Ağayeva/ Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov Fransa və Liviyaya səfər edəcək. Məmmədyarov çərşənbə günü Parisə işgüzar səfərə gedəcək. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahim məlumat verib.

Parisdə Fransanın xarici işlər naziri Bernar Kuşner ilə görüş keçiriləcək. Görüşdə ikitərəfli əməkdaşlığın aktual məsələləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi, həmçinin, Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Mətbuat katibi bildirib ki, Azərbaycanın XİN başçısı fevralın 20-21-də Liviyaya rəsmi səfər edəcək. "Liviya beynəlxalq məkanda layiqli yer tutur. Azərbaycan isə, Qərb və Şərqin bütün ölkələri ilə sıx münasibətlər yaratmağa səy göstərir. Azərbaycan XİN başçısının Liviyaya qarşıdakı səfərinə bu regionla daha sıx münasibətlərin yaradılması istiqamətində irəliyə addım kimi baxmaq olar" - deyə o əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: seba

Xəbər lenti

Xəbər lenti