...

Müxalifət lideri Patarkatsişvili ürəyindən şikayət etmirdi – "Bizim Gürcüstan" partiyasının sədri

Siyasət Materials 13 Fevral 2008 12:21 (UTC +04:00)
Müxalifət lideri Patarkatsişvili ürəyindən şikayət etmirdi – "Bizim Gürcüstan" partiyasının sədri

Gürcüstan, Tbilisi, 13 fevral / Trend , müxbir N.Kirtsxalia/ Biznesmen Badri Patarkatsişvili ürəyindən əziyyət çəkmirdi və son zamanlar xəstə deyildi. Bu barədə biznesmen tərəfindən təsis edilən "Bizim Gürcüstan" partiyasının lideri, şahmat üzrə beşqat dünya çempionu Nona Qaprindaşvili bildirib.

Biznesmenin ölümü haqqında xəbər bu gün səhər Tbilisidə yayılıb və onun Gürcüstan paytaxtında yaşayan ailə üzvləri də bunu artıq təsdiq ediblər.

İlkin məlumatlara görə, müxalifətçinin ölümü ürək tutması nəticəsində onun Londondakı evində bu gün gecə baş verib.

Qaprindaşvilinin sözlərinə görə, Patarkatsişvili 53 yaşında tam sağlam insan idi.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti