...

Azərbaycan müxalifətinin mübarizə fəlsəfəsi dəyişməlidir - Azərbaycan Ziyalılar Birliyinin sədri

Siyasət Materials 14 Fevral 2008 10:20 (UTC +04:00)
Azərbaycan müxalifətinin mübarizə fəlsəfəsi dəyişməlidir -  Azərbaycan Ziyalılar Birliyinin sədri

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycan müxalifətinin mübarizə fəlsəfəsi dəyişməli və orjinal etiraz üsullarından istifadə olunmalıdır. Bu fikri Trend ə çərşənbə günü Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bildirib.

"Kütləvi aksiyalar etirazın bir formasıdır, amma müxalifətin bu kütləvi aksiyalara mütəmadi ritorik çağırışlarının arxasında səmimiyyət dayanmır. Ona görə ki, müxalifət partiyalarının əksəriyyətinə əhalinin böyük hissəsinin inamı yoxdur", deyə Quliyev bidirib.

Quliyevin fikrincə, əhali müxalifətə inanmadığı halda, onların keçirmək istədikləri aksiyların kütləviliyini təmin etmək mümkün olmayacaq.

"Aksiya kütləvi olmadığı halda mahiyyətini itirir. Bu gün ilk növbədə həmin kütlənin müxalifətə olan inamını qaytarmaq lazımdır", deyə o bildirib.

Quliyevin sözlərinə görə, Azərbaycanın müxalifət partiyları narazı elktoratın diqqətini cəlb etmək üçün Avropa ölkələrinin orjinal etiraz aksiyaları təcrübəsindən yararlana bilərlər.

"Hər hansı bir müxalifət partiyasının 100 nəfər ağsaqqal üzvü İçəri Şəhərin giriş qapısında dayanıb beş dəqiqə ərzində sükut elan etməklə, partiya fəalları qrup-qrup heç nə demədən ağızları, əlləri, gözləri bağlı küçələrdə gəzişməklə, 50-60 min narazı elektoratı olduğunu bəyan edən partiyaların həmin üzvləri əl-ələ tutub Bakıdan Şamaxıyadək həmrəylik yürüşü etməklə etirazlarını bildirə bilərlər", deyə Quliyev bildirib.

Qəzet səhifələrində bir-birini kütləvi aksiya keçirmək iqtidarında olmamaqda ittiham edən müxalifətçilərin heç birinin kütləvi aksiya keçirmək üçün təşəbbüs göstərmədiyini deyən Quliyev onların narazı elektorata malik olmaları barədə səsləndirdikləri bəyanatlarının ritorik xarakter daşıdığını bildirib.

2007-ci ildə dövlət qeydiyyatına alınmış Azərbaycan Ziyalılar Birliyinin məqsədi Azərbaycan ziyalılarının hüquqlarının müdafiə olunması və müxalifətlə iqtidar arasında barışığa nail olmaqdır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan - jamila

Xəbər lenti

Xəbər lenti