...

Sədrliyə namizədlərin hamısı layiqli siyasətçilərdir - Azərbaycanın müxalifət partiyasının lideri

Siyasət Materials 16 Fevral 2008 12:58 (UTC +04:00)
Sədrliyə namizədlərin hamısı layiqli siyasətçilərdir - Azərbaycanın müxalifət partiyasının lideri

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın müxalif Milli İstiqlal Partiyasının (AMIP) lideri hesab edir ki, partiyanın sədrliyinə iddialı olanlar layiqli namizədlərdir. "Hesab edirəm ki, partiya funksionerləri düzgün siyasi addım atırlar və namizədlərin hamısı layiqli siyasətçilərdir. Onların hər biri partiyanı idarə edəcək gücə malikdir" şənbə günü Trend ə AMİP lideri Etibar Məmmmədov bildirib.

AMİP sədrliyinə nəmizədliyini hələki partiyanın Goranboy rayon təşkilatının sədri Fəqan Məhərrəmov və Nərimanov rayon təşkilatının sədri Ələddin Əsgərov irəli sürüb. Digər partiya funksionerlərinin namizədliyini irəli sürəcəkləri istisna edilmir.

Partiyanın sədri Ayaz Rüstəmov ötən il dekabrın sonlarında səhhətində yaranmış problemlər üzündən vəzifəsini icra edə bilməməsi barədə Siyasi Şuraya müraciət edib. Rüstəmov sonradan yanvarın ortalarında Trend ə istefasının səhhəti ilə bağlı olmadığını və partiya daxilində gedən proseslərə görə getdiyini açıqlayıb.

AMİP-in Siyasi Şurasının yanvarın sonlarında keçirilən iclasında Rüstəmovun istefası qəbul edilib. Sabah partiyanın Mərkəzi Şurasının keçiriləcək iclasında qurultayın vaxtı müəyyənləşəcək və qurultayda partiyaya yeni sədr seçiləcək.

Məmmədov hesab edir ki, yeni sədr seçiləndən sonra partiyanın siyasi aktivliyi artacaq.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti