...

Bakı Fond Birjasında DQİ-nin yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Siyasət Materials 18 Fevral 2008 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend / Cari ilin fevral ayının 19-da saat 11:00-dan 12:30-dək, Bakı Fond Birjasında qeydiyyat №-si 10500720S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında bildirilir.

DQİ-nin ümumi həcmi 3 000 000 AZN, Bir istiqrazın nominal dəyəri 200 AZN, İstiqrazların tədavül müddəti 364 gün, Ödəmə tarixi 17 fevral 2009-cu il.

Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərtilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti