...

Heydər Əliyev Fondu Xocalı faciəsinin qeyd ediləcəyi şəhərlərin coğrafiyasını genişləndirib

Siyasət Materials 19 Fevral 2008 16:36 (UTC +04:00)
Heydər Əliyev Fondu Xocalı faciəsinin qeyd ediləcəyi şəhərlərin coğrafiyasını genişləndirib

Azərbaycan, Bakı, 19 fevral/ Trend üxbir S.Ağayeva/ Bu il Heydər Əliyev Fondunun xətti üzrə Xocalı faciəsinin 16 illiyinin qeyd ediləcəyi ölkə və şəhərlərin siyahısı genişlənib.

1992-ci il fevralın 25-dən 26 -na keçən gecə Ermənistanın Silahlı Qüvvələri bütün istiqamətlərdən Xocalı şəhərini mühasirəyə alıblar və onu müxtəlif növ odlu silahdan fasiləsiz atəşə tutublar.

Xocalı faciəsində həlak olan 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i yaşlı adamdır. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə valideyninin birini itirib, 487 nəfər yaralanıb, 150 nəfər itkin düşüb

Fevralın 26-da -- Xocalı faciəsi qurbanlarının anım günündə Fondun xətti üzrə Vaşinqtonda, Nyu-Yorkda, Varşavada, Londonda, Haaqada, Dubayda və Kiyevdə silsilə tədbirlə keçiriləcək. Bu barədə çərşənbə axşamı Fonddan məlumat veriblər.

Xocalı faicəsi Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa və Tbilisi kimi iri şəhərlərdə qeyd ediləcək.

Fondun dəstəyi ilə tədbirlərdə erməni silahlı qüvvələrinin Azərbaycan şəhərciyinin dinc əhalisinə qarşı amansızlığını açıq-aydın göstərən materiallar təqdim ediləcək. Videofilm və "Xocalı uşaqların gözü ilə sərgisi"nümayiş olunacaq.

Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən Azərbaycan, ingilis və rus dillərində hazırlanan "Qarabağ həqiqətləri" toplusu təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti