...

Azərbaycanın hakim partiyası iqtidaryönlü qüvvələrin yeni qurumunun yaradılmasını təklif edir

Siyasət Materials 22 Fevral 2008 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) iqtidaryönlü partiyaların Məşvərət Məclisinin buraxılması və yeni bir qurumun yaradılması təklifi çıxıi edib. "YAP iqtidaryönlü partiyaların yeni qurumunun yaradılmasına dair müzakirələrin aparılmasına hazırdır" cümə günü Trend ə YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

Məşvərət Məclisinin (MM) qurucularından olan Ana Vətən Partiyasının (AVP) Fəzail Ağamalı da fevralın əvvəllində Trend ə MM-nin fəaliyyətsiz quruma çevrildiyini və başqa bir qurumun yaranmasına ehtiyac olduğunu demişdi.

MM 1998-ci il prezident seçkisində keçmiş prezident Heydər Əliyevin namizədliyinin müdafiəsi məqsədilə yaradılmışdı. Qurumda YAP, Sosial Rifah, Ana Vətən, Demokratik Azərbaycan Dünyası, Azərbaycan Naminə Alyans və başqa bir neçə partiya təmsil olunur. Quruma Demokratik Azərbaycan Dünyası Partiyası sədrlik edir.

Qurbanlı deyib ki, Məşvərət Məclisinin əvvəlki gücü ilə fəaliyyət göstərə bilmir.

YAP 1992-ci ildə keçmiş prezident Heydər Əliyev tərəfindən yaradılıb. Partiyanın hazırki sədri, prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti