...

İranın nüvə proqramı Qafqaz regionu üçün təhlükədir – israil səfiri

Siyasət Materials 27 Fevral 2008 17:36 (UTC +04:00)
İranın nüvə proqramı Qafqaz regionu üçün təhlükədir – israil səfiri

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir K.Ramazanova/ İranın nüvə proqramı təkcə İsrailin təhlükəsizliyi üçün deyil, Qafqaz regionu, Avropa və digər dövlətlər üçün də təhlükədir. Bu barədə çərşənbə günü Bakıda İsrailin Azərbaycandakı səfiri Artur Lenk bildirib.

"İran, bütün dünya üçün təhlükə olmasına baxmayaraq. nüvə proqramını davam etdirir" - deyə səfir Azərbaycanın Qərb Universitetində çıxışı zamanı bildirib.

ABŞ və bəzi Qərb ölkələri hesab edirlər ki, İran tərəfindən bəyan edilən sülh məqsədli atom istehsalı proqramı nüvə silahı hazırlamaq məqsədi daşıyır və uranın zənginləşdirilməsi üzrə bütün işlərin dayandırılmasını tələb edirlər.

Tehran nüvə proqramının yalnız sülh istiqamətli olduğunu bəyan edərək, bu ittihamları rədd edir.

MAQATE İranın hərbi nüvə proqramının mövcud olmasına dair obyektiv sübutlara malik deyil. BMT-nin Atom Agentliyinin məlumatına görə, İran ekspertləri müstəqil şəkildə 3,7 faiz səviyyəsində U-235 izotopu üzrə sentrifuqa kaskadlarında zənginləşdirilmiş uran əldə etməyə nail olublar. Bu zənginləşdirmə səviyyəsi İranın nüvə silahı yaratmasına imkan verməsə də, Atom Elektrik Stansiyaları üçün yalnız yanacaq qismində istifadə etmək imakanı verir.

Səfirin sözlərinə görə, İsrail İran xalqına qarşı deyil. "İran rəhbərliyi ölkənin təhlükəsizliyi üçün düzgün siyasət aparmalıdır" - deyə Lenk vurğulayıb.

BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramının hazırlanmasını dayandırmasına dair iki Qətnamə qəbul edib və 15 ölkə bu sənədləri dəstəkləyib. Onların arasında təkcə Qərb ölkələri deyil, müsəlman ölkələri, Rusiya, Çin və Afrika dövlətləri də var.

Xəbər lenti

Xəbər lenti