Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının sədri vəzifəsinə seçilməyi münasibətilə Raul Kastro Rusu təbrik edib.
Prezident təbrik məktubunda bildirib ki, Azərbaycanla Kuba arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bu iki xalqın mənafelərinə uyğun olaraq bundan sonra da inkişafına və genişlənəcəyinə ümidvardır. Prezident Əliyev Kastro Rusa cansağlığı, səadət, dost Kuba xalqının rifahı naminə fəaliyyətində uğurlar diləyib.