...

Berlində Azərbaycanın Avropa məkanına inteqrasiyası məsələsi müzakirə olunub

Siyasət Materials 4 Mart 2008 13:11 (UTC +04:00)
Berlində Azərbaycanın Avropa məkanına inteqrasiyası məsələsi müzakirə olunub

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir S.Ağayeva / Berlin şəhərində, Almaniya XİN-də Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib. Görüşdə Avropa İttifaqı və Azərbaycan arasında münasibətlər, Ai-nin Yeni Qonşuluq Siyasəti Proqramı çərçivəsində Azərbaycanın Avropa məkanına inteqrasiyası ilə bağlı müzakirələr aparılıb.

Azərbaycan Prezidentin İcra Aparatı, ölkənin nazirlik və idarə nümayəndələrindən ibarət nümayəndə heyətinin Alamaniya XİN-in Cənubi Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə şöbəsinin rəhbəri İohannes Regenbrextlə olan görüşündə Cənubi Qafqaz ərazisindəki dondurulmuş münaqişələrlə bağlı vəziyyət, Qarabağ münaqişəsinin həlli yolları, Ermənistanın Azərbaycan ərazilərini zəbt etməsi problemi müzakirə olunub. Tərəflər Almaniya və Azərbaycan arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin yüksək sürətlə inkişafını da qeyd edib. Ölkələr arasındakı münasibətlərin inkişafında mühüm mərhələ olaraq 2008-ci ildə Almaniyada Azərbaycan İlinin, 2009-cu ildə isə Azərbaycanda Almaniya İlinin keçirilməsi qeyd olunub.

Nümayəndə heyəti Almaniyanın İqtisadi Texnologiyaların Federal Nazirliyinin dəvəti ilə həmin ölkədə səfərdədir.

Xəbər lenti

Xəbər lenti