DAK Ukrayna prezidentinə Nobel sülh mükafatı verilməsini istəyir
Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukrayna nümayəndəliyi Ukrayna prezidenti Viktor Yuşşenkoya Nobel sülh mükafatı verilməsi təşəbbüsü ilə çıxış edib. Bu barədə Trend ə DAK-ın Azərbaycan nümayəndəliyindən məlumat verilib.
DAK Ukrayna nümayəndəliyinin iclasında qurumun belə bir təşəbbüslə çıxış etməsi barədə qərar qəbul olunub. DAK hesab edir ki, Yuşşenko Ukrayna dövlətinin siyasi uğrlar qazanmasında göstərdiyi nailiyyətlərə, xalqın mənəvi dəyərlərinin özünə qaytarılmasında, demokratiyanın inkişafı və insan amalının qiymətləndirilməsində göstərdiyi yüksək prezident mədəniyyətinə görə Nobel sülh mükafatı ilə mükafatlandırılmalıdır.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq