...

Ukrayna prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 6 Mart 2008 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir K.Ramazanova/ Ukrayna prezidenti Viktor Yuşenko mart ayının sonunda Bakıya rəsmi səfər etməyi planlaşdırır. Bu barədə cümə axşamı Bakıda Trend a Ukrayna Ali Radasının deputatı Andrey Şkil məlumat verib.

Deputatın verdiyi məlumata görə, səfər Ukrayna prezidentinin Cənubi Qafqaz və Asiya ölkələrinə turnesi çərçivəsində reallaşacaq.

Hazırda səfər proqramının hazırlanması və səfər zamanı imzalanması planlaşdırılan layihə sənədləri üzərində iş aparılır.

Şkil ikitərəfli danışıqların əsas mövzusunun enerji əməkdaşlığı olacağını bildirib.

Ukrayna prezidenti Bakıda dahi Ukrayna şairi Taras Şevçenkonun heykəlinin açılış mərasimində də iştirak etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti