...

NATO Əfqanıstanda azərbaycanlı sülhməramlılarn sayının artırılmasını istəyir (video)

Siyasət Materials 7 Mart 2008 18:19 (UTC +04:00)
NATO Əfqanıstanda azərbaycanlı sülhməramlılarn sayının artırılmasını istəyir (video)

Azərbaycan, Bakı, 07 mart / " News ", müxbir K.Ramazanova/ NATO-nun xüsusi nümayəndəsi azərbaycanlı sülhməramlıların Əfqanıstanda sayının artırılması məsələsini Bakıda müzakirə edib.

"Bu məsələ Alyansın gündəliyində duran vacib məsələlərdən biridir", - NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons cümə günü Bakıda jurnalistlərə bildirib.

Yanvarda Azərbaycan Əfqanıstana, tərkibində 23 nəfər olan əlavə bölük göndərib. Nəticədə, Azərbaycanın buradakı sülhməramlılarının sayı 45 nəfər olub. Azərbaycanın sülhməramlıları Əfqanıstan, İraq və Kosovoda keçirilən sülhməramlı əməliyyatlarda iştirak edirlər. Sülhməramlıların böyük hissəsi (150 nəfər) İraqda xidmət edir.

Kosovonun Serbiyadan birtərəfli şəkildə ayrılması və müstəqilliyini elan etməsindən sonra yaranmış siyasi vəziyyətlə əlaqədar, Azərbaycan Parlamentinin martın 4-də keçirilən iclasında Kosovoda xidmət edən azərbaycanlı sülhməramlıların geri çağırılması barədə qərar qəbul edilib. Türkiyə sülhməramlılarının tərkibində azərbaycanlı sülhməramlılar Kosovonun 18 kəndində nəzarəti həyata keçirirlər.

Simmons qeyd edib ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı missiyaya öz töhfəsini verə bilər. Onun sözlərinə görə, Əfqanıstanda azərbaycanlı sülhməramlılarının sayının artırılması məsələsini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı müzakirə edib.

Xəbər lenti

Xəbər lenti