...

Azərbaycan Yolu Siyasi Hərəkatı Rusiyanın Dövlət Dumasında Dağlıq Qarabağ probleminin müzakirəsinə etirazını bildirib

Siyasət Materials 8 Mart 2008 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 mart / Trend , müxbir C.Babayeva/ Azərbaycan Yolu Siyasi Hərəkatı (AYSH) Rusiyanın Dövlət Dumasında martın 13-də keçiriləcək tanınmamış respublikaların problemləri ilə bağlı parlament dinləmələri zamanı Dağlıq Qarabağ probleminin müzakirə olunmasına etirazını bildirib. Bu barədə şənbə günü Trend a Hərəkatdan daxil olan bəyanatda bildirilib.

Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri və soydaşlarla əlaqələr üzrə komitəsinin təşəbbüsü ilə martın 13-də RF XİN-in MDB məkanında münaqişələrin həlli məsələləri üzrə nümayəndələrinin iştirakı ilə parlament dinləmələri keçiriləcək. Komitə sədrinin birinci müavini Konstantin Zatulin bildirib ki, "DQ" nümayəndələri regiondakı vəziyyətin gərginləşməsi səbəbindən parlament dinləmələrinə qatıla bilməsələr də, Moskvanın Dağlıq Qarabağ probleminin müzakirəsinə hazır olduqlarını bəyan ediblər.

"Dövlət Dumasında Dağlıq Qarabağ probleminin müzakirəsi Rusiya-Azərbacyan münasibətlərinə xələl gətirəcək. Bu müzakirələr ermənilərin güclü lobbiçilik siyasətinin nəticəsidir", deyə bəyanatda bildirilib.

Hərəkat Azərbaycan rəhbərliyini bu müzakirələrin qarşısını almaq üçün daha effektiv fəaliyyət göstərməyə çağırır.

Müxalifəti təmsil edən AYSH-nin sədri Rusiya Federasiyasının istefada olan ədliyyə general-leytenantı İlqar Qasımovdur.

Xəbər lenti

Xəbər lenti