...

Azərbaycan paytaxtında hərbi sursat aşkarlanıb

Siyasət Materials 12 Mart 2008 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend ", müxbir A.Salmanov/ Azərbaycanın paytaxtı Bakı şəhərində martın 11-də hərbi sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən çərşənbə günü Trend a bildiriblər ki, paytaxtın Əzizbəyov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Mərdəkan qəsəbəsi ərazisindən 4 mərmi, 3 qumbara, 1 nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş "TOZ-8" tüfəngi, 647 ədəd müxtəlif çaplı patron, 7 patron darağı və digər hərbi sursatlar tapılıb.

Faktla bağlı araşdırma aparılır, silahlar, törədilən cinayətlərdə istifadə olunub-olunmamasını müəyyənləşdirmək üçün DİN-in ekspertizasına göndərilib.

Xəbər lenti

Xəbər lenti