...

Avropa Komissiyasının Azərbaycandakı səfiri təsdiq olunub

Siyasət Materials 13 Mart 2008 12:11 (UTC +04:00)
Avropa Komissiyasının Azərbaycandakı səfiri təsdiq olunub

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir K.Ramazanova/ Britaniya diplomatı, Avropa Komissiyasının Bakıdakı xüsusi nümayəndəsi bu qurumun Azərbaycandakı səfiri təyin olunub. Bu barədə cümə axşamı Trend a Avropa Komissiyasının fevralın 4-də rəsmi açılışı olan Bakı ofisindən məlumat verilib.

Bu gün Alan Vaddams Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi Bakıya gələcək.

Qrumun yeni ofisinin açılması ilə əlaqədar 2002-ci ildən Azərbaycanda fəaliyyət göstərən və Azərbaycan ilə Avropa Birliyi arasında əlaqələri uzlaşdıran "Europe House" aprel ayının sonunda fəaliyyətini başa çatdıracaq.

Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyi ticari-iqtisadi layihələr üzərində işləyəcək.

Xəbər lenti

Xəbər lenti