...

Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların hərbi xidmətə çağırılması haqqında Fərman imzalayıb

Siyasət Materials 13 Mart 2008 18:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Fərman imzalayıb.

Fərmana əsasən, 1990-cı ildə doğulmuş və çağırış üçün 18 yaşı tamam olmuş, habelə 1973-1989-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2008 -ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılacaqlar.

Xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar aprelin 1-dən 30 - dək ehtiyata buraxılacaqlar.

Xəbər lenti

Xəbər lenti