...

Gürcüstan azərbaycanlılarının partiyası dövlət qeydiyyatının gecikdirilməsinə baxmayaraq, parlament seçkilərinə fəal hazırlaşır – sədr

Siyasət Materials 15 Mart 2008 13:52 (UTC +04:00)
Gürcüstan azərbaycanlılarının partiyası dövlət qeydiyyatının gecikdirilməsinə baxmayaraq, parlament seçkilərinə fəal hazırlaşır – sədr

Azərbaycan, Bakı, 15 mart / " müxbir C.Babayeva/Gürcüstan prezidentliyinə keçmiş namizədin "Gürcüstan naminə" partiyası, dövlət qeydiyyatının gecikdirilməsinə baxmayaraq, mayın əvvəlində keçiriləcək parlament seçkilərinə fəal hazırlaşır. Bu barədə şənbə günü Trend a Tbilisidən telefonla partiya sədri Fazil Əliyev bildirib.

Əliyevin Gürcüstan prezidentliyinə namizədliyi Gürcüstan Azərbaycanlıları Milli Assambleyası (GAMA) və Gürcüstan Azərbaycanlılarının Beynəlxalq Şurası (GABŞ) tərəfindən irəli sürülmüşdü. Dekabrda Fazil Əliyev prezident seçkilərində iştirakdan imtina edib. O, bu hərəkətini "Gürcüstanın dövlət strukturlarının təzyiqi" ilə izah edib. Nəticədə, Əliyev yeni müxalifət partiyasının yaradıldığını bildirib.

Fevralın 3-də Tbilisidə "Gürcüstan naminə" partiyasının təsis qurultayı keçirilib. Fevralın 4-də partiyanın sənədləri Gürcüstanın Ədliyyə Nazirliyinə təqdim olunub. Gürcüstan qanunvericiliyinə müvafiq olaraq, partiyanın qeydiyyat məsələsinə bir ay ərzində baxılır.

Əliyevin sözlərinə görə, onun rəhbərlik etdiyi partiya Gürcüstanın Ədliyyə Naziliyində, hələ ki, qeydiyyata alınmayıb.

"Tərəfimizdən Ədliyyə Nazirliyinə təqdim olunan partiya sənədlərində texniki səhvlər aşkar olunub və həftə ərzində bu səhvlər düzəldilib.", - deyə Əliyev bildirib.

Partiyanın dövlət qeydiyyatının gecikməsinin səbəbini Əliyev hazırda Gürcüstanın Ədliyyə Nazirliyinə qeydiyyat üçün bir sıra partiyaların müraciət etməsi ilə izah edib.

Əliyev bildirib ki, martın 17-də Gürcüstanın Ədliyyə Nazirliyi "Gürcüstan naminə" partiyasının qeydiyyətına dair sorğuya rəsmi olaraq cavab verəcək.

Xəbər lenti

Xəbər lenti