Azərbaycan, Bakı 15 mart / Trend / Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Müqəddəs Patrik günü münasibətilə İrlandiyanın prezidenti xanım Meri Makalisi təbrik edib.
Təbrik məktubunda prezident Azərbaycan -İrlandiya münasibətlərinin daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Prezident bu əlamətdar gün münasibətilə İrlandiya prezidentinə möhkəm can-sağlığı, işlərində uğurlar, dost xalqa əmin-amanlıq və firavanlıq diləyib.