...

Azərbaycan Silahlı Qüvvələrində bütün qoşun növləri NATO standartlarına uyğunlaşdırılıb - müdafiə naziri

Siyasət Materials 17 Mart 2008 17:13 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrində bütün           qoşun növləri NATO standartlarına uyğunlaşdırılıb - müdafiə naziri

Azərbaycan, Bakı, 17 mart / Trend ", müxbir Q.Cəbiyev/ Azərbaycanın müdafiə naziri bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələrində bütün qoşun növləri NATO standartlarına uyğunlaşdırılıb. "Ölkənin Quru Qoşunları, Hərbi Hava və Hərbi Dəniz Qüvvələri tam olaraq NATO standartlarına uyğunlaşdırılıb. Zabitlərin hərbi təhsili, o cümlədən bütün hərbi təlimlər də eyni standartlara uyğun şəkildə həyata keçirilməkdədir" bazar ertəsi müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Beynəlxalq Hərbi Qərargahı direktorunun müavini, Əməkdaşlıq və regional təhlükəsizlik idarəsinin rəisi general-mayor Corc Lebeli qəbul edərkən bildirib.

Azərbaycan 1994-cü ildən "Sülh Naminə Tərəfdaşlıq proqram"ı çərçivəsində NATO ilə əməkdaşlıq edir. 2005-ci ilin avqustunda "Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı" imzalanıb və hazırda həyata keçirilir.

Azərbaycan 2002-ci ildən NATO PA-nın assosativ üzvüdür.

Əbiyev deyib ki, Azərbaycan indiyə kimi NATO ilə bir neçə əməkdaşlıq proqramı çərçivəsində tədbirlərdə iştirak edib və bunlar təcrübə baxımından müsbət nəticəsini verib.

Xəbər lenti

Xəbər lenti