...

QHT-lərə Dövlət Dəstəyi Şurası üzvlüyünə sonuncu namizədlər seçiliblər

Siyasət Materials 19 Mart 2008 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir Q.Cəbiyev, S.İlhamqızı/ Bu gün Azərbaycan Prezidenti yanınıda Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına sonuncu üzvlərin namizədliyi irəli sürülüb. Trend in məlumatına görə, AMEA-nın Rəyasət Heyətinin iclas salonunda keçirilən iclasda narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə qrupundan ümumilikdə 10 nəfərin namizədliyi verilib. Onlardan 2-si namizədliyini geri götürüb. 8 namizəd arasında keçirilən gizli səsvermə zamanı Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin sədri Osman Gündüz, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədr müavini Zaur Adıgözəlov seçiliblər. Onlar arasından bir nəfəri prezident Dövlət Şurasına üzv təyin edəcək.

Bununla da 8 qrup üzrə keçirilən seçkilər başa çatıb. Prezidentin İcra Aparatının təmsilçisi Tahir Süleymanov bildirib ki, indiyə qədər proses tam şəffaf keçib və hər hansı şikayət yoxdur.

Azərbaycan prezidenti İlham Əliyevin 13 dekabr 2007-ci il tarixli fərmanına əsasən, "Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası" yaradılır. Şura 11 nəfər üzvdən ibarət fəaliyyət göstərəcək. 8 üzv QHT-lərin təklif etdiyi nümayəndələrdən, 3-ü dövlət orqanlarının nümayəndələrindən ibarət olmaqla, 4 illiyə təyin edilirlər. Seçilmiş namizədlər arasından Şuraya üzvləri prezident təyin edəcək.

Xəbər lenti

Xəbər lenti