...

Prezident İlham Əliyev Neftçilər prospektində təmir edilmiş piyada keçidi ilə tanış olub

Siyasət Materials 19 Mart 2008 22:22 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev martın 19-da paytaxtın Neftçilər prospektində, "Kukla" Teatrının qarşısındakı yeraltı piyada keçidin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub. İndi keçiddə nəmişliyin qarşısını almaq üçün ən yeni texnologiya əsasında təmir işləri görülmüş, avtomat telefon aparatları qoyulub və müasir işıqlandırma sistemi quraşdırılıb.

Prezident İlham Əliyev təmir və bərpa işlərinin keyfiyyəti ilə tanış olub, görülən işlərdən razılığını bildirib. Dövlət başçısı paytaxtda yeni keçidlərin, avtomobil dayanacaqlarının tikintisi üçün əlavə tədbirlərin görülməsi haqqında da müvafiq tövsiyə və tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti