...

GUAM və Avropa Şurası terrorçuluqla mübarizəni birgə müzakirə edəcək

Siyasət Materials 21 Mart 2008 15:55 (UTC +04:00)

Fransa, Strasburq, 20 mart / Trend , müxbir A.Məhərrəmli/ GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) və Avropa Şurası (AŞ) terrorçuluqla mübarizəni birgə müzakirə etmək niyyətindədir. GUAM nümayəndələri terrorçuluqla mübarizə məsələləri üzrə AŞ-nın ekspert qrupunun aprel ayında Strasburqda keçiriləcək iclasına dəvət olunub.

İki təşkilatın terrorçuluqla mübarizə üzrə əməkdaşlığa dair qərar çərşənbə günü Strasburqda GUAM və AŞ arasında keçirilən ilk məsləhətləşmələr zamanı qəbul olunub. Məsləhətləşmələr AŞ Nazirlər Komitəsinin xarici əlaqələr üzrə Qrupu ilə AŞ-a üzv ölkələrin səfirləri və GUAM ölkələrinin nümayəndələri arasında keçirilib. Görüşdə GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak edib. Azərbaycan nümayndə heyətinə XİN-nin xarici siyasətin planlaşdırılması və strateji analitik araşdırmalar idarəsinin rəhbəri Tofiq Musayev rəhbərlik edib.

GUAM-a sədrlik edən Azərbaycanın nümayəndəsi Musayev AŞ-ya həm terrorçuluqla mübarizə, həm də dinlərarası və mədəniyyətlərası dialoq, gənclər, insan haqlarının təmin edilməsi kimi sahələrdə əmkdşlıq təklif edib. GUAM-ın baş katibi Valeri Çeçelaşvili "çirkli" pulların yuyulması ilə mübarizə sahəsində əməkdaşlıq təklif edib.

AŞ-nın siyasi məsələlər üzrə müdriyyətinin rəhbəri Jan-Lui Loran (Jean-Luis Laurens) təklif olunan mövzuları maraqlı adlandırıb və əməkdaşlığın format və mexanizminin müəyyən edilməsinin mühüm olduğunu bildirib. O müzakirə olunan məsələlər dairəsinin daha da genişləndirilməsinin zəruru olduğunu qeyd edib.

AŞ və GUAM-ın qarşılıqlı fəaliyyət məsələləri Strasburqda AŞ-nın xarici əlaqələr müdriyyətinin rəhbəri Zoltan Taunber ilə görüş zamanı da müzakirə olunub.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqının dövlət başçılarının Sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti