Türkmənistan və Özbəkistan Türkdilli ölkələrin təşəbbüsünə qoşulmaqdan imtina edib

Azərbaycan, Bakı, 31 mart/ Trend , müxbir İ.Əlizadə/ Türkmənistan və Özbəkistan Türkdilli ölkələrin Parlament Assambleyasına qoşulmaqdan imtina edir. "Türkmənistan və Özbəkistanla Türkiyə və Qazaxıstan arasında problem və fikir ayrılığı var. Ona görə də bu, ölkələr Türkdilli ölkələrin Parlament Assambleyasına qoşulmaqdan imtina edirlər", -deyə bazar ertəsi Trend ə açıqlamasında Azərbaycanın Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması üzrə İşçi Qrupundakı milli katibi Səyyad Ələsgərov bildirib.

Martın 21-22-də Antalyada Türkdilli dövlətlərin Parlamentlərarası Şurasının ilk toplantısı keçirilib. Toplantıda Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan nümayəndələri iştirak edib.

Ələsgərov qeyd edib ki, Türkmənistan və Özbəkistan Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması üzrə İşçi Qrupun iki gün əvvəl Astanada keçirilən iclasına da qatılmaqdan imtina ediblər.

"Türkiyə Böyük Millət Məclisinin sədr müavini Türkmənistan və Özbəkistanın Türkdilli ölkələrin Parlament Assambleyasına qoşulması haqda danışıqlar aparmaq üçün Aşqabad və Daşkəndə səfər edəcək", -deyə milli katib bildirib.

O qeyd edib ki, Astana toplantısında assambleyanın yaradılması ilə bağlı sənədlərin razılaşdırılması başa çatdırılıb. Ələsgərovun sözlərinə görə, iclasda Antalyada imzalanan Niyyət Protokolunda əks olunan məsələlərlə bağlı müzakirələr aparılıb: "Qazaxıstan assambleyanın katibliyinin yaradılmasına etiraz edirdi. Buna səbəb kimi dövlət büdcəsində katibliyin yaradılması ilə bağlı vəsaitin ayrılmamasını göstərirdilər. Amma Qazaxıstanın etirazı katibliyin Türkiyədə yerləşməsi ilə bağlı idi. Qazaxıstan assambleyanın yaradılması ilə bağlı bütün təşəbbüsləri ələ almağa çalışırdı. Amma sonda assambleyanın katibliyinin yaradılması haqda razılıq əldə olundu. Katiblik Türkiyədə fəaliyyət göstərəcək".

Türkdilli Ölkələrin Parlament Assambleyasının toplantıları ildə bir dəfədən az olmayaraq keçiriləcək. Ələsgərov qeyd edib ki, ilk toplantı Türkiyədə keçiriləcək.

"Türkdilli Ölkələrin Parlament Assambleyasına sədrlik növbəlilik və əlifba sırası ilə həyata keçiriləcək, səlahiyyət müddəti isə bir il olacaq. Qurumun iclasları sədrliyi həyata keçirən ölkədə baş tutacaq. Parlament Assambleyasının işçi dili isə qurumda təmsil olunan ölkənin işçi dili olacaq", -deyə o, əlavə edib.

Onun sözlərinə görə, assambleyada hər bir ölkədən yeddi deputat təmsil olunacaq. Onlardan biri nümayəndə heyətinə rəhbərlik edəcək. Assambleyada qərarlar konsensus əsasında qəbul ediləcək: "Hər bir ölkə bir səsə malik olacaq. Əgər hansısa ölkə müzakirə olunan məsələnin əleyhinə olsa, qərar qəbul olunmayacaq".

Assambleyaya türkdilli olmayan ölkələr də qoşula bilər. Eyni zamanda, müxtəlif ölkələrin parlamentlərinin türk əsilli deputatları assambleyada məşvərətçi səs hüquqi ilə təmsil oluna bilərlər.

Assambleyanın yaradılması ilə bağlı son qərar türkdilli ölkələrin parlament sədrlərinin yaxın vaxtlarda keçiriləcək toplantısında veriləcək.

Bir sıra türkdilli ölkələrin parlamentlərinin üzv olacağı bu şuranın yaradılmasından məqsəd türkdilli ölkələr arasında parlamentlər birliyi şəklində ortaq bir mexanizmin qurulmasına və qarşılıqlı münasibətləri gücləndirərək siyasi baxışların uyğunlaşdırılmasına, təcrübə mübadiləsinə, birgə layihələrin həyata keçirilməsinə  nail olmaqdan ibarətdir.

Ağdama səfər etmək istəyənlərin nəzərinə: Növbəti avtobus bu tarixdə yola düşəcək
Ağdama səfər etmək istəyənlərin nəzərinə: Növbəti avtobus bu tarixdə yola düşəcək
Miqrasiya Xidməti əcnəbilərə vaksinasiya ilə bağlı müraciət edib
Miqrasiya Xidməti əcnəbilərə vaksinasiya ilə bağlı müraciət edib
Yeganə aviakosmik və texnologiya festivalı iştirakçıları arasına sən də qoşul!
Yeganə aviakosmik və texnologiya festivalı iştirakçıları arasına sən də qoşul!
Loading Bars
Xəbər lenti
Ağdama səfər etmək istəyənlərin nəzərinə: Növbəti avtobus bu tarixdə yola düşəcək
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
Azərbaycanda xarici valyuta satışı azalıb - Mərkəzi Bankın sədri
Mərkəzi Bankdan manatla bağlı AÇIQLAMA
Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur
Mərkəzi Bank bu il Azərbaycanda gözlənilən inflyasiya səviyyəsini açıqladı
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini ordenlə təltif edib
Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub - MN
Azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sistemli şəkildə davam etdirilir - PA rəsmisi
"Buta Airways" Xarkova uçuşlar həyata keçirəcək
Azərbaycan və Türkiyənin Mərkəzi bankları arasında valyuta mübadiləsi ilə bağlı danışıqlar aparılmır - Elman Rüstəmov
Bu il cari əməliyyatlar balansı ÜDM-in 10 faizinə çata bilər - Elman Rüstəmov
Miqrasiya Xidməti əcnəbilərə vaksinasiya ilə bağlı müraciət edib
Yeganə aviakosmik və texnologiya festivalı iştirakçıları arasına sən də qoşul!
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib
2023-cü ildə Azərbaycanda inflyasiya sabitləşəcək - Elman Rüstəmov
Sabah hava yağıntısız keçəcək
Ötən il Azərbaycanda inflyasiya 6,75 faiz təşkil edib
Ahıl kişinin başına daşla vuraraq pulunu alan şəxs saxlanılıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanlar yaranıb
Qırğızıstan Tacikistanla sərhəddə 24 mindən çox sakini təxliyə edib
İlahiyyat İnstitutunda qış imtahan sessiyası başa çatıb (FOTO)
"COVID-19 xəstələri ilə işin təşkili: Orta tibb personalının diqqət etməli olduğu vacib məqamlar" mövzusunda vebinar keçirilib (FOTO)
Azad edilmiş əraziləridə sahibkarlığın maliyyələşdirilməsinə dair mexanizmlər hazırlanır
Mərkəzi Bank uçot dərəcəsini artırıb
Zakir Sultanov 11 il azadlıqdan məhrum edildi
MÜSİAD Azərbaycan Vətən müharibəsi şəhidləri və qazilərinin tanıdılması, xatirələrinin əbədiləşdirilməsinə önəm verir (FOTO)
Dövlət tərəfindən sahibkarların 62 milyon manat kredit faizi ödənilib
Bu il sahibkarlara veriləcək güzəştli kreditlərin həcmi açıqlanıb
“PAŞA Bank”ın fərdi sahibkar müştəriləri biznes kreditini ASAN imza ilə əldə edə bilərlər (VİDEO)
Minaaxtaranlar üçün Ağdamda yeni mobil düşərgə salınıb (FOTO)
Hava şəraiti ilə bağlı avtomobil yollarında vəziyyət necədir? - AÇIQLAMA
Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlanıb
PAŞA Bank “Visa” ödəniş sistemi tərəfindən mükafatlandırılıb
Lənkəran sakinlərindən qanunsuz silahlar götürülüb
Ötən il sahibkarlara 130 milyon manatdan çox güzəştli kredit verilib
Güzəştli pensiyalarla bağlı komitə sədrindən AÇIQLAMA
AZƏRTAC ilə UNA arasında əməkdaşlıq yeni hədəflərə istiqamətlənir (FOTO/VİDEO)
Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb
“Omikron”dan sonra fəsadlar qala bilər? - Həkim
Cəlilabadda qonşusunu bıçaqlayıb öldürən şəxs həbs olunub
Bakıda uşaq bağçalarından silsilə oğurluqlar edən şəxslər saxlanılıblar (FOTO/VİDEO)
Ötən gün 13 yanğın olub (VİDEO)
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
Daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi
Bakıda koronavirusa ən yüksək yoluxma bu rayondadır
Çin koronavirusa qarşı yeni vaksini sınaqdan keçirib
Polis sensorlu svetoforlarla bağlı piyadalara müraciət edib
VTB (Azərbaycan) nağd kreditin maksimal məbləğini artırıb
Azərbaycanda koronavirusa yoluxma statistikası açıqlanıb
Metronun “Cəfər Cabbarlı” stansiyasında təmir işlərinin növbəti mərhələsi başlanıb (FOTO)
Vidadi Muradovun cinayət işinə xitam verilib
11 koronavirus xəstəsi saxlanılıb, 1 nəfərə cinayət işi açılıb
Töhmət verilən müəllim nazirliyin qərarından narazıdı: Xəbərim olmayıb
Lənkəranda narkotik satan ana-oğul saxlanılıb (FOTO)
Salyanda mağaza yanıb
Korçay qoruğunun mühafizə rejimini pozan şəxslər cəzalandırılıb
Xarici valyutaların manata qarşı məzənnələri
Mədəniyyət naminə sülh təşəbbüsü ilə bağlı fəaliyyət planı üzərində iş aparılır
Salyan sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
Toyda karantini pozan 1 nəfər həbs edilib, 2 nəfər cərimələnib
Hacıqabulda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb
Qırğızıstan-Tacikistan sərhədində atışmada 11 Qırğızıstan əsgəri yaralanıb
Amerikalı professor Mingəçevir Dövlət Universitetində seminar keçib (FOTO)
Xorvatiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya imkanları ilə bağlı danışıqlar aparır - Səfir (Müsahibə) (FOTO)
Qırğızıstan-Tacikistan sərhədində vəziyyət sabitdir
İlon Mask 21 milyard dollardan çox vəsait itirib
Daha üç Qırğızıstan vətəndaşı sərhəddə baş verən atışma zamanı yaralanıb
Türkiyə XİN BMT-nin Kiprdəki sülhməramlılarının mandatının uzadılmasına dair açıqlama yayıb
“Neftçi” növbəti transferini reallaşdırıb
Şimali Koreya uzaq mənzilli ballistik raket sınağını keçirib
Türkiyədə ötən sutka koronavirusa 82 mindən artıq yoluxma qeydə alınıb
Qırğızıstan və Tacikistan qoşunların sərhəddən çıxarılması barədə razılığa gəliblər (ƏLAVƏ OLUNUB)
"Barselona" yeni hücumçusu ilə müqavilə imzalayıb
Dünyada koronavirusa yoluxanların sayı 360 milyonu keçib
Tacikistan sərhəddə baş verən insident nəticəsində mülki əhali arasında itkilər olduğunu bildirib
Hindistanın xarici siyasətində tarazlığın bərpa edilməsi
Mərkəzi Gömrük Hospitalında 1600-dən çox koronavirus xəstəsi stasionar müalicə alıb - DGK sədri
İdxal-ixrac göstəricilərinin təhlil edilməsi məqsədilə "Tableau" proqramının tətbiqinə başlanılıb - Səfər Mehdiyev
FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ - mədən Nəzarəti Dövlət Agentliyində görüş keçirilib (FOTO)
Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
Türkiyə Rusiya və Ukraynanı gərginliyi azaltmağa çağırıb
Qırğızıstanın mülki müdafiə xidmətləri fövqəladə iş rejiminə keçib
Qırğızıstan-Tacikistan sərhədində atışma olub, ölən və yaralananlar var
Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman vətəndaş rifahının təminatı dayanıb - TƏHLİL
"Omikron" ştammına qarşı ən effektiv üsul "buster" doza vaksinasiyadır
Türk Hava Yolları İdarə Heyətinin sədri istefa verib
Evində ölü tapılan tağım komandiri ürək çatışmazlığından vəfat edib
Azərbaycan Prokurorluğu Almaniyanın hüquq mühafizə orqanları ilə əlaqələri genişləndirir (FOTO)
Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi açıqlanıb
AHİK sədri korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində iştirak edib
İsmayıllı sakinindən qanunsuz saxladığı tüfəng götürülüb
Zəngilan Hava Limanı beynəlxalq məkan indeksləri kataloquna daxil edildi
Bakıda qanunsuz parklanma ilə bağlı reyd: 180-dən çox sürücü cərimələndi (FOTO/VİDEO)
Ceyhun Bayramov Kolumbiyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
“Ümumi tranzit proseduru üçün gömrük zəmanət sistemi” mövzusunda seminar keçirilib (FOTO)
Kuba Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir - Səfir (FOTO)
Əlilliyi olan məhkumların hüquqlarının müdafiəsi Ombudsmanın diqqətindədir (FOTO)
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası insidentlərin qarşısını almağa imkan verəcək - Rusiya XİN
Bütün xəbərlər