...

Azərbaycanda keçiriləcək prezident seçkisi tamamilə demokratik olacaq – Avropa Komissiyasının səfiri (video)

Siyasət Materials 31 Mart 2008 17:30 (UTC +04:00)
Azərbaycanda keçiriləcək prezident seçkisi tamamilə demokratik olacaq – Avropa Komissiyasının səfiri (video)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir K.Ramazanova/ Avropa Komissiyasının Azərbaycandakı yeni səfiri Alan Vadams bazar ertəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra bəyan edib ki, "Azərbaycanda keçiriləcək prezident seçkisi tam olaraq demokratik olacaq".

Oktyabr ayında Bakıda prezident seçkisi keçiriləcək. Müxalifət düşərgəsindən Müsavat Partiyasının sədri İsa Qəmbər və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu namizədliklərini artıq irəli sürüblər. Hakim Yeni Azərbaycan Partiyası hazırkı prezident İlham Əliyevin namizədliyini irəli sürəcəyini bəyan edib.

Vadamsın sözlərinə görə, ola bilsin ki, Avropa Komissiyası seçki prosesində birbaşa fəaliyyət göstərməsin və Avropa Şurasının layihələrini dəstəkləsin.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti