...

Rumıniya Priştina və Belqrad arasında razılıq olmadan Kosovonun müstəqilliyini tanımayacaq – səfir

Siyasət Materials 1 Aprel 2008 19:21 (UTC +04:00)
Rumıniya Priştina və Belqrad arasında razılıq olmadan Kosovonun müstəqilliyini tanımayacaq – səfir

Azərbaycan, Bakı, 01 aprel/ Trend , müxbir K.Ramazanova/ Rumıniya Priştina və Belqrad arasında razılıq və BMT Təhlükəsizlik Şurasının Qətnaməsi olmadan Kosovonun müstəqilliyini tanımayacaq. Bu barədə çərşənbə axşamı Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureke mətbuat konfransında məlumat verib.

"Rumıniya 1244 saylı Qətnamə əsasında Kosovoda fəaliyyət göstərir", - səfir bildirib.

Urekenin sözlərinə görə, Rumıniya müstəqilliyin dəstəklənməsi kimi qiymətləndirilə biləcək heç bir hərəkət etməyəcək.

Kosovo parlamenti fevralın 17-də birtərəfli şəkildə diyarın Serbiyadan müstəqilliyini elan edib. Avropa İttifaqının bir çox ölkələri və ABŞ artıq Kosovonun müstəqilliyini tanıdıqlarını bildiriblər. Yaponiya da belə bəyanat verib. Rusiya və Serbiya Priştinanın birtərəfli şəkildə addım atmasının BMT TŞ -nin Serbiyanın ərazi bütövlüyü haqqında 1244 saylı Qətnaməsini və beynəlxaql hüquq normalarını pozduğunu göstərərək, onun bu hərəkətini qanunsuz adlandırırlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti