...

NATO-nun Gürcüstanı Alyansa qəbul etməmək qərarı Moskvanın təsiri ilə diktə edilib – Gürcüstan parlamenti

Siyasət Materials 3 Aprel 2008 18:34 (UTC +04:00)
NATO-nun Gürcüstanı Alyansa qəbul etməmək qərarı Moskvanın təsiri ilə diktə edilib – Gürcüstan parlamenti

Gürcüstan, Tbilisi, 03 aprel/ Trend , müxbir N.Kirtsxaliya/ Cümə axşamı NATO-nun Buxarest sammitində Gürcüstana Üzvlük üzrə Fəaliyyət Planının (ÜFP) verilməməsi haqqında qərar Moskvanın təsiri ilə diktə edilib. "Bu həm Avropadakı, həm bütün dünyadakı vəziyyət və əlbəttə , rus amili ilə əlaqədar qabaqcadan müəyyən edilmiş siyasi qərardır", - Gürcüstana ÜFP-nin verilməsinin bu ilin dekabrına keçirilməsi haqqında NATO-nun qərarını şərh edən Gürcüstan parlamentinin Avrointeqrasiya üzrə Komitəsinin sədri Nino Nakaşidze jurnalistlərə bildirib.

Hazırki mərhələdə Gürcüstana NATO üzvlüyünə namizəd statusunun verilməsinin əleyhinə səkkiz Avropa dövləti, o cümlədən Almaniya və Fransa çıxış edir. Lakin, NATO-nun baş katibi Yap de Hoop Sxefferin Buxarestdə bildirdiyi kimi, Alyans Gürcüstanla intensiv dialoq rejiminə keçir və ölkəyə ÜFP-nin verilməsi məsələsinə bu ilin sonunda baxılacaq.Nakaşidze hesab edir ki, NATO-nun bu qərarı Avropada rus amilinin güclənməsinə xidmət edəcək. "Rus amilinin güclənməsinin Avropa siyasətinə xidmət edəcəyini düşünmürəm",- o bildirib.

Komitə sədri vurğulayıb ki, Gürcüstan " gec -tez ÜFP alacaq, lakin onu indi almaq yaxşı olardı". "Bu qərarla Rusiya onun təzyiq siyasətinin perspektivə malik olduğunu düşünümək hüququ alır", - o əlavə edib.

Müxalifət respublika partiyasının lideri İvliane Xaindravanın sözlərinə görə, NATO-nun qapıları Gürcüstan üçün bağlanmır. "Bu qapılar bizim üçün açıqdır" - o bildirib..

Xəbər lenti

Xəbər lenti