...

Azərbaycan və Litva təxminən beş ikitərəfli sənəd imzalayacaq

Siyasət Materials 4 Aprel 2008 13:26 (UTC +04:00)
Azərbaycan və Litva təxminən beş ikitərəfli sənəd imzalayacaq

Azərbaycan, Bakı, 04 aprel / " müxbir S.Ağayeva/ Litvanın Baş naziri Qediminas Kirkilasın aprelin 21-də Bakıya səfəri zamanı Azərbaycan və Litva arasında əməkdaşlığın inkişafı üzrə təxminən beş ikitərəfli sənədin imzalanması planlaşdırılır.

Litvanın Azərbaycandakı səfiri Kestitus Kudzmanasın cümə günü Trend a verdiyi məlumata görə, sənədlər əməkdaşlığın nəqliyyat, ticari-iqtisadi və maliyyə kimi sahələrini əhatə edir.

Səfir bildirib ki, səfər zamanı iki ölkənin daha mühüm ticari-iqtisadi əməkdaşlıq məsələləri, beynəlxalq və regional iqtisadi və nəqliyyat layihələri, enerji əməkdaşlığı məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Səfər zamanı Baş naziri Litvanın hökumət nümayəndələri, ölkənin işgüzar şəxsləri müşayiət edəcəklər. Bu günlərdə Bakıda iki ölkənin biznes dairələri nümayəndələrinin iştirakı ilə biznes-forum keçiriləcək.

Litva Azərbaycana yüksək texnologiyalar, elektrotexnika sahəsi üzrə məhsullar, sənaye məhsulları, istehsal prosesi üzrə idarəetmə sistemi, bankomatlar təklif edir. Onun sözlərinə görə, Litva bankları Azərbaycan bazarında fəaliyyət göstərməkdə maraqlıdır. Litva Azərbaycanın neft-kimya, texniki yağ və digər məhsullarının ixracında da olduqca maraqlıdır. Litva Avropa İttifaqının üzvü və ixracat üzrə sürətli sənaye fəaliyyətinə malik olan ölkə kimi təcrübəsini Azərbaycanla bölüşə bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan :

Xəbər lenti

Xəbər lenti