...

İranın maliyyə naziri istefa verib

Siyasət Materials 4 Aprel 2008 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir D.Xatınoğlu/ İranın maliyyə naziri Davud Daniş Cəfəri aprelin 4-də istefa verib. İranın rəsmi agentliyi "Farsnews"un bu qün yaydığı məlumata görə, Cəfəri ölkə prezidenti Mahmud Əhmədinejadla aralarında olan fikir ayrılığına görə öz vəzifəsindən istefa edib.

"Farsnews"un məlumatına əsasən, hələ keçən ilin may ayında Əhmədinejad İran Sığorta Şirkətinin müdiriyyətini işdən uzaqlaşdıran zaman Cəfəri onun bu addımının səhv olduğunu iddia edərək etirazını bildirmiş və istefasını istəmişdi. Lakin o zaman istefası qəbul olunmamışdı. Hazırda isə Əhmədinejad onu əvəz edəcək şəxsi nazir vəzifəsinə seçsə də, həmin şəxslə bağlı hələ rəsmi məlumat yoxdur.

Son iki ildə İranın 7 yüksək vəzifəli şəxsi tutduğu vəzifədən uzaqlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti